Zlatan İbrahimoviç yenidən “Milan”da – Məşqçiliyə girişir

İtaliyanın “Milan” klubunun isveçli sabiq hücumçusu Zlatan İbrahimoviç “rossoneri”nin məşqçilər qərargahı ilə məşqləri izləyib.

Arena.az məlumat verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məşhur futbolçunun “Milan”ın baş məşqçisi Stefano Pioli ilə görüntüləri yayılıb. Milanın eyniadlı təmsilçisi də Zlatanın klubun düşərgəsindən görüntülərini sosial şəbəkə hesablarında paylaşıb.

“Milan” Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində “Nyukasl”a qarşı oyuna hazırlaşır. 41 yaşlı İbrahimoviç bu məşq prosesində Pioliyə yardım edib. “Milan” “Nyukasl”lı bu gün, sentyabrın 19-da qəbul edəcək.

Xatırladaq ki, Zlatan İbrahimoviç cari ilin yayında futbolçu karyerasına xitam verdiyini bəyan edib. 1999-cu ildə peşəkar futbolçu karyerasına başlamış “İbra” bu illər ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted”, “Los-Anceles Qelaksi”də çıxış edib. İbrahimoviç karyerası boyunca 701 oyuna çıxıb, 442 qol vurub, 205 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Zlatan İbrahimoviç çoxlu müxtəlif kuboklar və fərdi mükafatlar qazansa da, heç zaman UEFA Çempionlar Liqasını qalibi ola bilməyib.

İbrahimoviç İsveç yığmasının heyətində 122 oyun keçirib, 62 qol vurub, 25 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: