Zümrüd Ağayeva Yunanıstan – Monteneqro matçına təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Zümrüd Ağayeva qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Yunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 3-cü qrupunda mayın 31-də keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Qeyd edək ki, görüş Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinoyannis” stadionunda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: