Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 31-ci turu çərçivəsində “Əl-Oxdud” – “Əl-Nəsr” oyunu “Nəcd cəngavərləri”nin qələbəsi ilə başa çatıb.
Arena.az məlumat verir ki, sözügedən komanda Nəcran təmsilçisinin qapısından 9 cavabsız qol keçirib.
“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduzu, veteran hücumçu Kristiano Ronaldo darmadağınla başa çatmış bu oyunda iştirak etməyib.
“Nəcd cəngavərləri”nin hücumçusu Sadio Mane biri penaltidən olmaqla dörd qola imza atıb, Con Duran iki qol vurub, Ayman Yəhya, Marselo Brozoviç və Məhəmməd Maran (penaltidən) hərəyə bir qolla fərqləniblər.
“Qol yağışı”na rəğmən, “Əl-Nəsr” qələbəyə çox da sevinməyib. Belə ki, klub çempionluq mübarizəsi uğrunda yürüşdə mübarizə imkanını itirib. Buna, həmin tur çərçivəsində lider “Əl-İttihad”ın evdə “Əl-Feyha”nı 3:0 hesabı ilə məğlub etməsi səbəb olub.
31 oyundan sonra Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədəvlinin ilk üçlüyünü təqdim edirik:
- “Əl-İttihad” – 74 xal;
- “Əl-Hilal” – 68 xal;
- Əl-Nəsr” – 63 xal.
İndi Ronaldonun komandası bürünc medalını qorumaq uğrunda mübarizəyə köklənməlidir.


