Əli Cəbrayılov Çempionlar Liqasının oyunlarına təyinat aldı

Azərbaycanın futzal üzrə FIFA referisi Əli Cəbrayılov UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün oyunlarına təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Azərbaycanlı hakim UEFA Çempionlar Liqasının ilkin mərhələsində B qrupunun oyunlarında ədaləti qoruyacaq.

Belə ki, Əli Cəbrayılov avqustun 21-də gerçəkləşəcək “Fiorentino” (San Marino) – “Amiqo Northvest” (Bolqarıstan) matçında birinci hakim olacaq.

Beynəlxalq dərəcəli hakim bir gün sonra “Fiorentino” (San Marino) – “Minerva” (İsveçrə) görüşündə üçüncü, “Amiqo Northvest” (Bolqarıstan) – “Pro Futsal Cymru” (Uels) qarşılaşmasında isə ikinci hakim funksiyasını yerinə yetirəcək.

B qrupunun oyunları Bolqarıstanın paytaxtı Sofiyada gerçəkləşəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: