Fransa yığması 1967-ci ildən bəri 1 oyunda 14 qol vurmuş ilk UEFA komandası kimi statistika tarixinə düşüb.
Arena.az bu barədə “Gracenote Live” dərgisinə istinadən məlumat verir.
Şənbə günü, noyabrın 18-də 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllüttariqlə oyunda “xoruzlar” 14:0 hesabı ilə qalib gəliblər.
Buna qədər, 1967-ci ilin avqust ayının 23-də Danimarka yığması yoldaşlıq oyununda İslandiya yığmasını 14:2 hesabı ilə məğlub etmiş və müvafiq qol həddinə çatmışdı.
Xatırladaq ki, Fransa yığması Cəbəllüttariq kollektivi ilə oyunda həm də 3 rekorda imza atıb. Fransızlar Avropa çempionatlarının seçmə mərhələsi çərçicəsində 1 oyunda ən çox qol vurmuş komanda olmaqla yanaşı, həm də bu mərhələdə ən böyükhesablı qələbənin müəllifi olublar. Ən əsası, Fransa yığması bu oyunda taixinin ən böyükhesablı qələbəsinə imza atmış olub.
Cəbəllüttariq yığması üçün isə fransızlardan yediyi 14 qol, komandanın tarixən ən böyükhesablı məğlubiyyəti kimi əlamətdar olub. Buna qədər Cəbəllüttariq kollektivinin ən böyükhesablı məğlubiyyəti Belçika yığması ilə oyunda qeydə alınmışdı – 0:9.


