2023-cü ilin ən məhsuldar futbolçularının yekun siyahısı açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən məhsuldar futbolçularının yekun siyahısını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə IFFHS-in rəsmi saytı məlumat yayıb.

Siyahıya Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kristiano Ronaldo başçılıq edir. 38 yaşlı hücumçu ilin son günlərində ümumi qol sayını 54-ə çatdıraraq, birinci pilləyə yüksəlib.

Hesabında 52 qol olan Kilian Mbappe ilə Harri Keyn 2-3-cü pillələri bölüşürlər. Zədə səbəbindən ilin son oyunlarını buraxmaq məcburiyyətində qalan Erlinq Haland isə 50 xalla 4-cü olub.

2023-cü ilin ən məhsuldar futbolçularının yekun siyahısının ilk 20 pilləsində bu oyunçular qərarlaşıblar:

  1. Kristiano Ronaldo (“Əl-Nəsr”, Portuqaliya) – 54 qol (klubda 44 – millidə 10)
  2. Kilian Mbappe (PSJ, Fransa) – 52 (42 – 10)
  3. Harri Keyn (“Tottenhem”/“Bayern”, İngiltərə) – 52 (43 – 9)
  4. Erlinq Haland (“Mançester Siti”, Norveç) – 50 (44 – 6)
  5. Qarban Kuqlan (“Kaşmere Texnikal”, İrlandiya) – 42 (hamısı klubda)
  6. Romelu Lukaku (“İnter”/“Roma”, Belçika) – 40 (25 – 15)
  7. Denis Buanqa (“Los Anceles”, Qabon) – 40 (38 – 2)
  8. Xerman Kano (“Fluminense”, Argentina) – 40 (hamısı klubda)
  9. Barnabas Varqa (“Pakş”/“Ferentsvaroş”, Macarıstan) – 39 (35 – 4)
  10. Santyaqo Ximenes (“Feyenord”, Meksika) – 39 (37 – 2)
  11. Nemanya Bilbiya (“Zrinski”, Bosniya və Herseqovina) – 39 (hamısı klubda)
  12. Berqson (“Johor Darul”, Braziliya) – 39 (hamısı klubda)
  13. Uqo Kuypers (“Gent”, Belçika) – 38 (hamısı klubda)
  14. Eran Zahavi (“Makkabi”, Təl-Əviv, İsrail) – 38 (37 – 1)
  15. Kərim Benzema (“Real”/“Əl-İttihad”, Fransa) – 38 (hamısı klubda)
  16. Lautaro Martines (“İnter”, Argentina) – 37 (hamısı klubda)
  17. Məhəmməd Salah (“Liverpul”, Misir) – 36 (30 – 6)
  18. Vangelis Pavlidis (“Alkmar”, Yunanıstan) – 36 (hamısı klubda)
  19. Mauro İkardi (PSJ, “Qalatasaray”) – 36 (hamısı klubda)
  20. Sem Filip (“Kraystçerç”, Yeni Zelandiya) – 36 (hamısı klubda)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: