2025-ci ilin yayında ən bahalı azad agentlərin siyahısı açıqlandı

“Transfermarkt” internet-portalı 2024/2025-ci il mövsümünün sonunda müqaviləsi başa çatacaq ən bahalı 10 futbolçunun siyahısını dərc edib.

Arena.az müvafiq siyahını təqdim edir:

  1. Trent Aleksander-Arnold (“Liverpul”, sağ cinah müdafiəçisi, 26 yaş) – 75 milyon avro;
  2. Məhəmməd Salah (“Liverpul”, sağ cinah hücumçusu, 32 yaş) – 55 milyon avro;
  3. Alfonso Deyvis (“Bayern”, sol cinah müdafiəçisi, 24 yaş) – 50 milyon avro;
  4. Yozua Kimmix (“Bayern”, dayaq yarımmüdafiəçisi, 29 yaş) – 50 milyon avro;
  5. Conatan Devid (“Lill”, mərkəz hücumçusu, 24 yaş) – 45 milyon avro;
  6. Leroy Zane (“Bayern”, sağ cinah hücumçusu, 28 yaş) – 45 milyon avro;
  7. Son Hın Min (“Tottenhem”, sol cinah hücumçusu, 32 yaş) – 38 milyon avro;
  8. Kevin De Bröyne (“Mançester Siti”, hücumameyilli yarımmüdafiəçi, 33 yaş) – 35 milyon avro;
  9. Conatan Ta (“Bayer”, mərkəz müdafiəçisi, 28 yaş) – 30 milyon avro;
  10. Vircil van Deyk (“Liverpul”, mərkəz müdafiəçisi, 33 yaş) – 28 milyon avro.

Xatırladaq ki, bu gündən etibarən bu oyunçulara azad agent qismində, gələcək transferlər barədə razılığa gələrək digər komandalarla danışıqlar aparmağa rəsmi icazə verilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: