Azərbaycan millisinin baş məşqçisi Fernando Santos DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, tədbir bu gün İsveçrənin Sürix şəhərində təşkil olunacaq. Fernando Santos ilə yanaşı, AFFA-nın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və yığmanın direktoru İlqar Qurbanov da qatılacaqlar.
Qeyd edək ki, püşkatma mərasiminə Bakı vaxtı ilə saat 15:00-da start veriləcəklər.


