“Sabah” Premyer Liqada 40-cı səfər qələbəsini qazandı

Premyer Liqada mübarizə aparan “Sabah” komandası Azərbaycan çempionatlarında 40-cı səfər qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Bakı klubu Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində səfərdə qarşılaşdığı “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib.

Paytaxt təmsilçisi bu yubileyə rəqib meydanlarındakı 97-ci görüşdə nail olub. “Sabah” səfərdə ən azı 40 dəfə qalib gələn 13-cü komandadır.

Xatırladaq ki, “Sabah” ilk uğurunu Premyer Liqadakı debüt matçında əldə edib. 2018-ci il avqustun 12-də “Şamaxı” ilə səfər oyununda 1:0 hesablı qələbə qeydə alınıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: