Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 18-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, 2024-cü ilin və ikinci dövrənin sonuncu turunun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış oyunu Tovuzda keçiriləcək. Ev oyunlarını məlum səbəblərdən burada keçirən “Kəpəz” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Saat 16:00-da başlayacaq oyuna Kamal Umudlu təyinat alıb.
Bu, “Kəpəz”lə “Sumqayıt”ın yubiley – 30-cu görüşü olacaq. Əvvəlki 29 oyunda gəncəlilər 7, sumqayıtlılar 12 qələbə qazanıblar, 10 görüş sülhlə yekunlaşıb. “Sumqayıt” son 8 oyunda bu rəqibinə qol vurub. “Kəpəz” ardıcıl 6 ev matçında “Sumqayıt”a qalib gəlməyib.
Premyer Liqa
18-ci tur
20 dekabr
“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 16:00.
21 dekabr
“Turan Tovuz” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 16:00.
“Səbail” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Bayıl Arena”, 18:30
22 dekabr
“Şamaxı” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı şəhər stadionu, 14:00.
“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 16:30.


