Jerar Pike şəxsi xüsuslu sualları cavabladı: “Seksdə əntiqəyəm”

“Barselona”nın və İspaniya yığmasının keçmiş mərkəz müdafiəçisi Jerar Pike şəxsi xüsuslu sualları cavablayıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, müvafiq dialoqu təqdim edir:

– Bankda nə qədər pulunuz var?
– Biz bu ölkədə pullar haqda danışmağa hazır deyilik.

– Bəs sekslə bağlı?
– Mən hər ikisində əntiqəyəm.

Bundan sonra Pike əlavə edib ki, ayda 30 dəfə sekslə məşğul olur: “Gündə bir dəfə seks yapıram”, deyə Pike bildirib.

Xatırladaq ki, Jerar Pike futbolçu karyerasını 2023-cü ilin yanvarında bitirib. “Barselona”nın yetirməsi olan Pike “blauqrana”nın gənclər komandasından dərhal “Mançester Yunayted”ə keçib və dörd il sonra Kataloniya nəhənginin düşərgəsinə qayıdıb. Pike “Barselona”nın heyətində bütün yarışlarda ümumilikdə 616 oyun keçirib, 53 qol vurub, 13 məhsuldar ötürmə verib.

Pike “Barselona” ilə 9 dəfə İspaniya La Liqasının, 7 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə İspaniya Super Kubokunun, 3 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun və 3 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Pike həmçinin “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasını, İngiltərə Liqa Kubokunu, İngiltərə Super Kubokunu və Çempionlar Liqasını qazanıb.

Eyni zamanda, Pike İspaniya yığması ilə DÇ-2010-da və AÇ-2012 də çempion olub.

Vurğulayaq ki, Pike İspaniya Sequndasında çıxış edən “Andorra” klubunun da sahibidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: