Edqar Adilxanov “Şamaxı” ilə yeni müqaviləyə imza atdı

“Şamaxı” cari mövsümdəki çıxışı ilə diqqət mərkəzində olan hücumameyilli yarımmüdafiəçisi Edqar Adilxanov ilə yeni müqavilə bağlayıb.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Şamaxı” Edqar Adilxanovla müqavilə yeniləyib. 19 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti iki il yarımdır. Bir sözlə, Adilxanov yeni müqaviləyə əsasən 2027-ci ilin 30 iyununa kimi “Şamaxı”nın uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Edqar Adilxanov “Şamaxı”nın öz yetirməsi hesab olunur. O, bu mövsüm Azərbaycan Premyer Liqasında 10 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Adilxanov 2022-ci ilin sentyabr ayından bəri Azərbaycanın U-19 yığmasında da forma geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: