“Qarabağ” – “Styaua”: Start heyətlər açıqlandı

“Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində Rumıniyanın “Styaua” komandası ilə üz-üzə gələcək.

Arena.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Əvvəlki 6 oyunda cəmi 1 qələbəsi olan təmsilçimiz 3 xalla 33-cü pillədə qərarlaşıb. “Styaua” isə 6 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib və cəmi 1 məğlubiyyət görüb. Bu komanda 11 xalla 10-cu pillədədir.

Artıq komandaların bu oyun üçün heyətləri də açıqlanıb. Baş məşqçilər saat 21:45-də başlayacaq görüşdə bu heyətlərə güvəniblər:

Avropa Liqası
Liqa mərhələsi
23 yanvar

21:45. “Qarabağ” – “Styaua”
Baş hakim: Filip Qlova (Slovakiya).
Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 97. Fabiyan Buntiç, 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 7. Yassin Benzya, 11. Emmanuel Addai, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Styaua: 32. Ştefan Tarnovanu, 2. Valentin Kretu, 5. Coyskim Dava, 7. Florin Tanase, 8. Adrian Şut (k), 9. Daniel Birlica, 11. David Mikulesku, 15. Marius Ştefanesku, 30. Siyabonqa Nqezana, 33. Risto Radunoviç, 42. Baba Alhassan.
Ehtiyat oyunçular: 1. Mihay Udrea, 17. Mihay Popesku, 18. Malkom Edjuma, 19, Daniel Popa, 22. Mihay Toma, 25. Aleksandru Balutsa, 28. Aleksandru Pantea, 29. Aleksandru Musi.
Baş məşqçi: Elias Xaralambus.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: