“Beşiktaş” 3 xalı 4 qolla qazandı

Futbol üzrə Türkiyə Super Liqasında 34-cü turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Sivasspor” “Konyaspor”u, “Ankaragücü” isə “Gənclərbirliyi”ni məğlub yola salıb. “Kayserispor” doğma meydanda “Antalyaspor”a minimal hesabla uduzub.

Lider “Beşiktaş” bu turda “Ərzurumspor”un qonağı olub. İstanbul təmsilçisi inamlı qələbəyə sevinib və zirvədəki mövqeyini möhkəmləndirib.

Türkiyə Super Liqası
34-cü tur
10 aprel

Hatayspor – Göztəpə 2:3
Qol: Diuf, 64; 90 – Yahoviç, 30; 38; 78.

Rizəspor – Trabzonspor 0:0

Qalatasaray – Fatih Karagümrük 1:1
Qol: Babel, 62 – Ndao, 60.

11 aprel

Sivasspor – Konyaspor 3:1
Qol: Yatabare, 27. Kayode, 68. R.Yalçın, 88-pen – Bütüqi, 54.

Ankaragücü – Gənclərbirliyi 2:1
Qol: E.Güral, 66. A.Kızıldağ, 70-öz qapısına – Stanku, 76.

Kayserispor – Antalyaspor 0:1
Qol: Naldo, 45.

Ərzurumspor – Beşiktaş 2:4
Qol: Şvexlen, 16. Bassan, 39 – Larin, 10. O.Özyakup, 26. Gezzal, 66. G.Töre, 86.

12 aprel

17:00 Kasımpaşa – Yeni Malatyaspor
20:00 Alanyaspor – Dənizlispor
20:00 Fənərbaxça – Qaziantep

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: