U-19 millimiz Moldovaya böyük hesabla uduzdu

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) bu gün ikinci yoxlama görüşünü keçirib.

Arena.az xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun Moldova yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.

Xatırladaq ki, bu komandalar arasında martın 19-da keçirilmiş ilk yoxlama matçı 0:0 hesablı heç-heçə başa çatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: