Qleb “Arsenal”ın ÇL-i qazanmaq imkanını qiymətləndirdi

“Arsenal”ın sabiq futbolçusu Aleksander Qleb “topçular”ın Çempionlar Liqasının cari mövsümündə qalibiyyət imkanlarını qiymətləndirib.

Arena.az belaruslu veteran futbolçunun müvafiq qənaətini təqdim edir:

“İmkanlar həmişə var. Bəs bu imkanların gerçəkləşəcəyi mütləqdirmi? Bax, bəli, imkanlar yaxşıdır. Amma hələ görəcəyik. Hər halda bu, hələ çərək finaldır. Odur ki, görəcəyik. Əgər onlar “Real”ı keçə bilsələr, onda sonrakı rəqib də asan olmayacaq”, deyə Qleb vurğulayıb.

Xatırladaq ki, “Arsenal” “Real”ı öz meydanında 3:0 hesabıyla məğlub edib. Bu komandalar arasındakı cavab qarşılaşması aprelin 16-da Madriddə keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: