Bu gün kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) pley-in mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, günün ilk oyunu Qubada baş tutub.
Burada “Ordu” yerli “Quba” kollektivi ilə üz-üzə gəlib. “Ordu” rəqibi üzərində 2-ci qələbəsini qazanmaqla pley-offa yüksəlib.
“Sərhədçi” və “Abşeron” ikinci qələbə ilə seriyanı bitirmək üçün meydana çıxsalar da, bu vəzifənin öhdəsindən gələ bilməyiblər. İlk matçda uduzan NTD və “Sumqayıt” revanş alaraq, mübarizəni 3-cü qarşılaşmaya daşımağı bacarıblar.
Xatırladaq ki, daha öncə “Lənkəran”a 2 dəfə qalib gəlmiş “Gəncə” pley-offa yüksəlmişdi.
Azərbaycan Basketbol Liqası
Pley-in mərhələsinin ikinci oyunları
14 aprel
“Quba” – “Ordu” 88:92 (20:28, 19:22, 21:28, 28:14)
Quba Olimpiya İdman Kompleksi.
Seriyada hesab – 0:2.
NTD – “Abşeron” 67:63 (20:15, 22:21, 8:16, 17:11)
“Sərhədçi” İdman Mərkəzi.
Seriyada hesab – 1:1.
“Sərhədçi” – “Sumqayıt” 97:100 (23:32, 18:22, 27:19, 29:27)
“Sərhədçi” İdman Mərkəzi.
Seriyada hesab – 1:1


