“Qarabağ”ın 15 yaşlılardan ibarət komandası (U-15) Türkiyənin Antalya şəhərində keçiriləcək “Junior World Cup” turnirində iştirak edəcək.
Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Turnirdə 24 komanda iştirak edəcək. “Qarabağ”la yanaşı, daha bir neçə məşhur klub kubok uğrunda mübarizəyə qoşulacaq. Onlar arasında “Fulhem” (İngiltərə), “Ştutqart” (Almaniya), “Rayo Valyekano” (İspaniya), “Srvena Zvezda” (Serbiya), “Lex” (Polşa), “Aspire Akademi” (Qətər), “Dinamo” (Tiflis, Gürcüstan) da yer alıb.
Rauf Əliyevin yetirmələri B qrupunda yer alacaqlar. Aprelin 17-də “Titanic Football Center”də keçiriləcək qrup mərhələsində Azərbaycan komandası 3 matça çıxacaq. Ağdam klubu saat 09:00-da “Fulhem”, 14:00-da “Qaziemir Gündoğan” və 18:00-da “Muratlı Yıldızspor”la görüşəcək.
“Qarabağ” səfərə 18 futbolçu ilə yollanacaq: Cəfər Rəhmanov, Oktay Mehrəliyev, Yüzarsif Mehdiyev, Vaqif Nəbiyev, Roman Fərzəli, Arda Əzizli, İbrahim Sadıqlı, Davud Abdullayev, Xalid Hüseynov, Əhəd Hacızadə, Murad İsmayılov, Ömər Fətəliyev, Məhəmməd Məmmədov, Cavidan Əlizadə, Daniil Rəcəbov, Yunis İsmayılov, Samir Həsənov, Tunar Əsgərzadə.


