17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisi (U-17) UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.
Arena.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi millimiz bu gün turnir çərçivəsindəki üçüncü matçında Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş Estoniya yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın yeganə qolunu 90-cı dəqiqədə Nicat Kərimov vurub.
Xatırladaq ki, U-17 millimiz turnir çərçivəsində daha öncə Moldovaya (0:1) məğlub olmuş, Gürcüstana (1:0) qalib gəlmişdi.


