Dünya çempionatına hazırlaşan minifutbol üzrə Azərbaycan millisi Monteneqroda təşkil olunmuş beynəlxalq turnirin qalibi olub.
Arena.az xəbər verir ki, Monteneqronun Herseq Novi şəhərində keçirilmiş turnirdə Bosniya və Herseqovina, Türkiyə, Monteneqro və Qazaxıstan yığmaları da mübarizə aparıblar.
Milli komandamız bu yarışda bütün rəqiblərinə qalib gələrək baş mükafata sahib çıxıb. Yığmamızın üzvü Təmkin Xəlilzadə isə turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.
Qeyd edək ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv daha bir beynəlxalq turnirdə iştirak etmək üçün Slovakiyanın Koşitse şəhərinə yollanıb. Aprelin 30-da start götürəcək yarışda millimizlə yanaşı Slovakiya, Ukrayna, Belçika, Polşa və Macarıstan seçmələri də mübarizə aparacaqlar. Turnirə mayın 1-də yekun vurulacaq.


