“Neftçi” “Səbail”lə oyuna 5 itki ilə çıxacaq

“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 35-ci turunda qarşılaşacağı “Səbail”lə oyuna hazırlığı başa çatdırıb.

Arena.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.

Paytaxt təmsilçisi bu oyuna da ciddi itkilərlə çıxacaq. Belə ki, Emil Səfərov, Rafael Quzzo, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən bu görüşdə komandasına kömək edə bilməyəcəklər. Elvin Camalov isə cəzalı olduğu üçün bu görüşü buraxacaq.

Qeyd edək ki, mayın 18-da “Neftçi Arena”da keçiriləcək bu oyuna saat 17:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: