Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı”nın kapitanı Kamal Bayramov peşəkar futbolçu karyerasını başa vurub.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Premyer Liqanın 2024/2025-ci illər mövsümünün sonuncu – 36-cı turunun “Qarabağ”la matçından (0:1) öncə klubun idarə heyətinin sədri Elçin Usub 39 yaşlı qapıçıya xatirə hədiyyəsi təqdim edib.
Xatırladaq ki, Kamal Bayramov karyerası ərzində “Neftçi”, “Muğan”, “Turan Tovuz”, “Xəzər Lənkəran”, “Rəvan”, “Araz-Naxçıvan”, AZAL, “Zirə”, “Səbail” və “Şamaxı”da çıxış edib.


