Azərbaycan millisi Bakıda təşkil olunmuş minifutbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, mundialın 5-ci günündə qrup mərhələsinin 3-cü turuna start verilib.
Milli Gimnastika Arenasında ümumilikdə 8 oyun baş tutub. Azərbaycan millisi qrup mərhələsindəki sonuncu oyununda Afrika təmsilçisi Mavritaniya komandası ilə qarşılaşıb. Millimiz bu oyunda 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Minifutbol, Dünya çempionatı
A qrupu
25 may
Bəhreyn – Sloveniya – 4:1
Azərbaycan – Mavritaniya 2:0
Xallar: Azərbaycan – 7. Mavritaniya – 4. Bəhreyn – 4. Sloveniya – 1.


