“Liverpul”un İngiltərə çempionluğunu bayram etdiyi vaxt nəqliyyat vasitəsi tədbirdə iştirak edən izdihamı taran edərək əzib.
Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.
Mersisyad polisi məlumat verir ki, hadisədən sonra şəhər mərkəzinə çoxsaylı təcili xidmət dəstələri cəlb edilib. Bir neçə nəfərin vəziyyətinin ağır olduğu vurğulanır. Avtomobilin sürücüsü saxlanılıb.
Videoda görünür ki, avtomobil kütləni əzib keçməyə və insanlara xəsarət yetirməyə çalışır. Sağlam düşüncəli kəsin müvafiq əmələ yol verə biləcəyi inandırıcı deyil. İstisna deyil ki, hadisə qərəzli məqsədlə də törədilə bilər. Amma müvafiq qənaətlər yalnız təhqiqat aparıldıqdan sonra, ekspertizanın müvafiq rəyi əsasında təsdiqlənə bilər.
“Liverpul”un mətbuat xidməti hadisə ilə bağlı rəsmi bəyanat yayıb:
“Biz çempionluq yürüşünün sonuna yaxın bu axşam Uoter-Stritdə baş vermiş hadisə ilə bağlı Mersisayd polisi ilə birbaşa əlaqədəyik. Bizim fikrimiz və dualarımız bu ciddi hadisə nəticəsində xəsarət almış kəslərlədir. Biz bu məqamla məşğul olan təcili xidmətlərə və yerli hakimiyyətə tam dəstəyimizi göstərməyə davam edəcəyik”, – “qırmızılar”ın mətbuat xidməti bildirib.
Qeydiyyatla baxılması mümkün video (dəhşətli, faciəvi +18 səhnələr):


