Azərbaycan millisi Renat Dadaşovsuz başladı

Futbol üzrə Azərbaycan millisi Litva və Macarıstan yığmalarına qarşı keçirəcəyi oyunlara hazırlıq üçün təlim-məşq toplanışına başlayıb.

Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Fernando Santosun rəhbərlik etdiyi millimiz bu gün “Neftçi” Futbol Mərkəzində ilk məşqinə çıxıb.

Legioner həyatı yaşayan Renat Dadaşov Bakıya bu gün gələcək. “Qarabağ” və “Sabah”ın futbolçuları isə mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra kollektivə qoşulacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi toplanış çərçivəsində iyunun 7-də Riqadakı “Skonto” stadionunda Litva yığması ilə qarşılaşacaq. İyunun 10-da isə “Dalğa Arena”da Macarıstan yığması ilə yoxlama görüşü baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: