Minifutbol üzrə Azərbaycan millisi Bakıda təşkil olunmuş dünya çempionatı çərçivəsində bu gün növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, yığmamız 1/8 final matçına çıxıb.
Elşad Quliyevin yetirmələri bu mərhələdə Rumıniya yığması ilə görüşüb. Millimiz son dünya çempionu ilə qarşılaşmada hesabda geri düşsə də, fasilədən sona bərabərlik qolunu vurub. Görüşün qalibi penaltilər seriyasında bəlli olub. Komandamız daha dəqiq olaraq, güclü rəqibi mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, bu cütün qalibi olmuş Azərbaycan millisi 1/4 finalda İngiltərə yığması ilə qarşılaşacaq. Sözügedən komanda Bolqarıstanla matçdan qalib ayrılaraq 1/4 finala yüksəlib. Əsas vaxtı 2:2 hesabıyla yekunlaşmış qarşılaşmanın yekununda ingilislər penaltilər seriyasında 3:1 hesabıyla üstün olublar.
Macarıstan yığması Portuqaliya millisini 3:2 hesabıyla yenərək 1/4 finala yüksəlib. Mavritaniya millisi də Fransa yığmasından üstün olub – 1:0. Beləliklə, 1/4 finalın daha bir cütünü Macarıstan və Mavritaniya yığmaları təşkil ediblər.
Dünya çempionatı
1/8 final
27 may
Azərbaycan – Rumıniya 1:1 (penaltilər 3:1)
Qollar: Ramiz Çovdarov, 29 – Robi Mariuş, 13.


