Bu mövsüm AFFA Region Liqasında mübarizə aparan “Şirvan” komandası yeni mövsümdən İkinci Liqada çıxış etmək hüququ qazanıb.
Arena.az xəbər verir ki, bu gün İkinci Liqaya vəsiqə uğrunda pley-off matçı keçirilib.
“Bayıl Arena”da baş tutmuş oyunda İkinci Liqada 13-cü pillədə bitirmiş “Lerik” Region Liqasının gümüş medalçısı “Şirvan”la qarşılaşıb. “Lerik” çempionatda yerini qorumağa çalışıb. Region Liqasının finalçısı isə daha yüksək dəstəyə vəsiqə üçün mübarizə aparıb.
Leriklilər bu oyunda qələbəyə çox yaxın olublar. Onlar 2:0 hesabı ilə önə keçsələr də, şirvanlılar geri dönüş edə biliblər. “Şirvan” 90+5-ci dəqiqədə hesabı bərabərləşdirib. Əsas vaxtı 2:2 hesabı ilə bitən görüşdə qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət iki hissə oynanılıb. Burada daha bir qol vuran Region Liqası təmsilçisi qarşılaşmanı 3:2 hesabı ilə öz xeyrinə bitirib.
Bu nəticənin ardından “Şirvan” 2025/2026-cı illər mövsümündən etibarən Azərbaycan İkinci Liqasında çıxış etmək hüququ qazanıb. Məğlub olan “Lerik” isə yeni mövsümdən AFFA Region Liqasında mübarizə aparacaq.
İkinci Liqaya vəsiqə uğrunda pley-off oyunu
29 may
“Lerik” – “Şirvan” 2:3
Qollar: Zaur Nuruzadə, 21. Penci Ağazadə, 45 – Nurlan İsayev, 45+2. Elgün Xəlilov, 90+5-pen; 97.
Baş hakim: Əliyar Ağayev
“Bayıl Arena”.
Lerik: 1. Cavidan İzzətli, 42. Valid Yusubzadə (k), 25. Mehman İbadov, 90. Zaur Nuruzadə, 20. Elvin Cahangirli, 7. Penci Ağazadə, 14. Murad Əliyev, 10. Rəvan Quluzadə, 8. Zeynal Axundzadə, 16. Rəşad Zeynallı, 9. Ramiz Bağırov.
Ehtiyat oyunçular: 17. Fahil Dostiyev, 5. Kənan Sadıxov, 4. Mircavad Ağazadə, 2. Yusif Baxışlı, 23. Cavid Məmmədov, 24. Hüseyn Əkbərli.
Məşqçi: Xəyal Abbasov.
Şirvan: 55. Cavidan Hüseynzadə, 13. Pərviz Bayramov, 6. Aslan Həsənov, 30. Emil Həsənzadə, 3. Kənan İbişov, 88. Nurlan İsayev, 4. Xalid Mahmudov (k), 99. İman Müseyibov, 10. İntiqam Məmmədov, 54. Elcan Rəsulov, 18. Emin Əskərov.
Ehtiyat oyunçular: 23. Namiq Hüseynzadə, 8. Nemət Abdullayev, 16. Ramiz Məmmədov, 14. Kənan Rzayev, 7. Ruslan Şahbazov, 11. Raqif Şəbiyev, 17. Vidadi Səfərli, 77. Elgün Xəlilov.
Məşqçi: Faiq Feyziyev.


