Minifutbol üzrə Azərbaycan milli komandası bu gün Bakıda təşkil olunmuş dünya çempionatında növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığmamız 1/4 final mərhələsi çərçivəsində İngiltərə millisi ilə görüşüb.
Komandamız bu oyunda çətin qələbə qazanıb. Millimiz hesabı açsa da, fasilədən sonra ingilislər bərabərlik qolunu vurublar. Amma sona yaxın rəqibin müdafiədə anlaşılmazlığı yığmamıza 2:1 qələbə qazandırıb.
Qeyd edək ki, Azərbaycan milli komandası yarımfinalda Monteneqro yığması ilə qarşılaşacaq. Görüş sabah baş tutacaq.
Minifutbol üzrə dünya çempionatı
1/4 final
29 may
İngiltərə – Azərbaycan 1:2
Qollar: Bham Mussa, 35 – Təmkin Xəlilzadə, 14. Fitsgerald Sem, 48-öz qapısına.


