Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” klubu daha bir futbolçusu – Maykl Tuik ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Əyalət təmsilçisi braziliyalı hücumçunun başa çatan müqaviləsini yeniləməyib. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Maykl Tuik 2025-ci ilin yanvar ayından “Şamaxı”nın şərəfini qoruyurdu. O, əyalət komandasının heyətində meydana çıxdığı 14 oyunda 1 qol müəllifi olub. 32 yaşlı vinger daha öncə “Kauno Jalgiris”, “Hegelmann”, “Riteryay”, “Famalikan”, “Yonava”, “Bney Yehuda”, “Quaratingeta”, “Penapolense” kimi klubların da şərəfini qoruyub.
“Şamaxı” daha öncə Vasili Radenoviç, Vasili Bakiç, Leroy Mikels, Brahim Konate ilə də yollarını ayırmışdı. Gedənlərin əvəzində isə “Qəbələ”nin gənc futbolçusu Emil Süleymanov icarəyə götürüldü.


