Azərbaycan millisi Latviyaya yollandı

Yoxlama oyunu çərçivəsində Latviya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün oyunun keçiriləcəyi Riqa şəhərinə yola düşüb.

Arena.az xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 13:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Komandamız iyunun 6-da Bakı vaxtı ilə saat 19:30-da matçın baş tutacağı “Skonto” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya – Azərbaycan görüşünə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: