Azərbaycanın “Qarabağ” klubunun 13 yaşadək futbolçulardan ibarət komandası (U-13) “Sozopol Cup 2025” beynəlxalq turnirinin qalibi olub.
Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan təmsilçisi Bolqarıstanda təşkil olunmuş yarışın bu gün keçirilmiş final matçında “Burqas”la qarşılaşıb. Ağdam komandası bu görüşdə qalib gəlib. 2 cavabsız qol vuran komandamızın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahim fərqləniblər. Həlledici görüşdə qələbə qazanan komanda turnirin qalibi adına yiyələnib və kuboka sahib çıxıb.
Xatırladaq ki, qrup mərhələsinin 5 oyununda 10 xal toplamış “Qarabağ” yarımfinalda “Levski”ni məğlub etmişdi – 0:0 (penaltilər 4:3).


