Mahamadu Ba və Paçu Lira daha 2 il “Kəpəz”də

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” iki futbolçu – Mahamadu Ba və Paçu Lira ilə müqaviləni yeniləyib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, ötən mövsümdən “Kəpəz”də çıxış edən Mahamadu Ba və Paçu Lira ilə 2 illik yeni anlaşma imzalanıb.

Hücumçu mövqeyində oynayan Paçu ötən mövsüm 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib.

Ampluaca yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.

Xatırladaq ki, “Kəpəz” daha öncə 8 futbolçusu ilə vidalaşdığını açıqlamışdı. Belə ki, Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda və Tural Rzayev Gəncə təmsilçisini tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: