Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın “Metallist 1925” (Xarkov) komandası ilə üz-üzə gəlib.
Qeyd edək ki, yoxlama matçı olduğu üçün qarşılıqlı razılığa əsasən görüş hər biri 30 dəqiqə olmaqla 4 hissədən ibarət olub. Bütövlükdə 9 qolun qeydə alındığı qarşılaşma Ukrayna klubunun qələbəsiylə yekunlaşıb.
Qeyd edək ki, Ağdam klubu yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. “Metallist 1925” isə yeni mövsümdən Ukrayna Premyer Liqasında çıxış edəcək.
Azərbaycan çempionunun Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq. Komandamız hazırlıq zamanı iyulun 11-də “Tvente” ilə iki görüşə çıxacaq. İyulun 15-də toplanışın son matçında isə rəqib “Zalsburq” (Avstriya) olacaq.
Yoxlama oyunu
7 iyul
Qarabağ – Metallist 1925 4:5
Qollar: N.Axundzadə, 3; 13. A.Kaşuk, 96. E.Addai, 114-pen – Raşitsa, 11. Pançenko, 26. K.Medina, 45-öz qapısına. Ramik Hacıyev, 71. Moura, 82-pen.
“Qarabağ”ın əsas heyəti: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 81. Kevin Medina, 27. Toral Bayramov, 18. Dani Bolt, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 6. Habib Qədirov, 30. Abbas Hüseynov, 26. Amin Rzayev, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cabralıyev, 11. Emmanuel Addai, 19. Mehdi Mütəllimli, 21. Aleksey Kaşuk, 17. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı.


