Azərbaycan millisi FIFA reytinqində 3 pillə gerilədi

Fernando Santosun gəlişindən bəri qələbə üzünə həsrət qalmış futbol üzrə Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib.

Arena.az bu barədə FIFA-nın rəsmi saytına istinadən xəbər verir.

Portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi millimiz 119-cu pillədən 122-yə enib. Yığmamız hazırda 1148 xala malikdir. Milli komanda əvvəlki reytinq cədvəli ilə müqayisədə 2,64 xal itirib.

Buna iyun ayında keçirilmiş yoldaşlıq oyunları səbəb olub. Millimiz evdə Macarıstana 1:2 uduzub, səfərdə Latviya ilə qolsuz heç-heçə edib – 0:0.

FIFA reytinqinə 1885 xalla son dünya çempionu Argentina yığması başçılıq edir. İspaniya (1867) ikinci, Fransa (1862) isə üçüncü pillədə yer alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: