Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Araz-Naxçıvan” Türkiyə toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının bürünc medalçısı Ərzurumdakı son sınaq matçında yerli “Trabzonspor”la qarşılaşıb.
Super Liqa təmsilçisi ilə görüş “qırmızı-ağlar”ın qələbəsi ilə yekunlaşıb – 3:2. Hesabı Çarlz Boli açıb. Fasiləyə qədər rəqib status-kvonu bərpa edib. İkinci hissədə Bəxtiyar Həsənalızadə və Slavik Alxasovla daha 2 qol vuran Azərbaycan komandası Ərzurumdakı sonuncu yoxlama matçını qələbə ilə başa vurub.
“Araz-Naxçıvan” iyulun 19-da Bakıya dönəcək və “Aris”lə (Yunanıstan) oyunun hazırlığını paytaxtda davam etdirəcək.
Xatırladaq ki, Naxçıvan klubu Türkiyədə keçirdiyi əvvəlki yoxlama oyunlarında yerli “Bayburtspor”a 14:0 hesabı ilə qalib gəlib, “Alanyaspor”la qolsuz heç-heçə edib, “Konyaspor”a 1:2 hesabı ilə uduzub.


