2025/2026-cı illər mövsümünə hazırlığını Polşada davam etdirən “Neftçi” bu gün toplanış çərçivəsində ilk yoxlama matçını keçirib.
Arena.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda İsrail təmsilçisi “Hapoel”lə (Təl-Əviv) üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Azərbaycan klubunun heyətində yeganə qolu 1-ci dəqiqədə Emin Mahmudov vurub. Amma “Neftçi” bu üstünlüyü sonadək qoruya bilməyiblər.
Baş məşqçi Samir Abasov bu oyunda aşağıdakı heyətə güvənib:
Əsas heyət: 1. Emil Balayev (k), 6. Sessi D’Almeyda, 7. Emil Səfərov, 8. Emin Mahmudov, 9. Bassala Sambu, 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 22. Luis Ortis, 24. Mustafa Sek, 25. Aleks Fernandes, 70. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 81. Mehdi Həsənov, 4. Elvin Camalov, 14. Edvin Kuç, 19. Ağadadaş Salyanski, 36. Həsən Mahmudov, 47. Murad Məmmədov, 71. Ohori Ryonosuke, 78. Elcan Əbilov, 90. Ramil Şeydayev.
Paytaxt təmsilçisi növbəti sınaq matçlarında iyulun 22-də “Termalitsa” (Nyeçetşa, Polşa), 27-də “Asteras” (Tripolis, Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.


