Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Xudiyev Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sutyeska” (Monteneqro) – “Beytar” (İsrail) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma iyulun 24-də Nikşiç şəhərinin eyniadlı stadionunda baş tutacaq.


