“Karvan” yoxlama oyununda “Şamaxı”ya məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” və “Karvan” komandaları yoxlama oyununda üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.

Qarşılaşma “Şamaxı”nın qələbəsi ilə başa çatıb – 2:0. Əyalət təmsilçisinin heyətində Abdullahi Şuaybu və Bilal İsmayılov fərqləniblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: