Zaur Axundov baş məşqçi ilə görüşüb

Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov milli komandanın baş məşqçisi Joze Alesio Da Silva ilə görüşüb.

Arena.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Görüşdə milli komandanın Avropa çempionatının seçmə mərhələsindəki çıxışı ilə bağlı baş məşqçinin hesabatı dinlənilib. Bundan əlavə, gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq final mərhələsinə hazırlıq barədə fikir mübadiləsi aparılıb.

Joze Alesio Azərbaycan milli komandasına yaradılan şəraitə və ona göstərilən etimada görə təşəkkür edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: