Bir neçə gün öncə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılmış Elnur Məmmədli bundan sonra “Qəbələ”də çalışacaq.
Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, bu gün “Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib. Elnur Məmmədli komandanın mətbuat xidmətinin rəhbəri təyin edilib.
Məmmədli 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub. O, idman jurnalistikasında karyerasına ötən əsrin sonlarında başlayıb. Məmmədli bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.


