Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün ilk yoxlama görüşünü keçirəcək.
Arena.az xəbər verir ki, Podqoritsa şəhərində hazırlıq keçən yığmamız Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.


