Ukrayna – Azərbaycan matçının yeri dəyişdirildi

Futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.

Arena.az xəbər verir ki, UEFA D qrupunun 4-cü turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Xatırladaq ki, daha əvvəl bu oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: