Ötən gün Premyer Liqanın 2-ci turu çərçivəsində öz meydanında “Sabah”a 1:2 hesabı ilə uduzmuş “Şamaxı” bu gün yoxlama oyunu keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, 2 turdan sonra Azərbaycan Premyer Liqasında 1 xalla 9-cu pillədə qərarlaşmış bu komanda Birinci Liqa təmsilçisi “Şəfa” ilə qarşılaşacaq.
Şamaxı şəhər stadionunda keçiriləcək oyuna saat 17:00-da start veriləcək.
Böyük ehtimalla baş məşqçi Ayxan Abbasov bu oyunda əsas heyət üzvü olmayan və az oyun şansı qazanan futbolçuları meydana buraxacaq. Çempionat oyunlarında meydana çıxmış futbolçulara isə istirahət veriləcək.


