Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Ukraynaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, millimizin baş məşqçisi Fernando Santos AFFA-nın inzibati binasında təşkil edilmiş mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Portuqaliyalı mütəxəssis sentyabrın 1-dən təlim-məşq toplanışına başlayacaq heyətə 24 oyunçu dəvət edib.
Qeyd edək ki, millimiz D qrupu çərçivəsində sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda İslandiya yığması ilə qarşılaşacaq. Azərbaycan millisinin Ukrayna seçməsi ilə görüşü isə sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu oyuna saat 20:00-da start veriləcək.
- Rza Cəfərov – Neftçi
- Şahrudin Məhəmmədəliyev – Qarabağ
- Aydın Bayramov – Zirə
- Abbas Hüseynov – Qarabağ
- Qismət Alıyev – Zirə
- Bəhlul Mustafazadə – Qarabağ
- Elvin Bədəlov – Neftçi
- Cəlal Hüseynov – Arda (Bolqarıstan)
- Rəhman Daşdəmirov – Sabah
- Anton Krivotsyuk – Daejeon (Cənubi Koreya)
- Elvin Cəfərquliyev – Qarabağ
- Toral Bayramov – Qarabağ
- İsmayıl İbrahimli – Zirə
- Ceyhun Nuriyev – Zirə
- Səbuhi Abdullazadə – Sumqayıt
- Emin Mahmudov – Neftçi
- Anatoli Nuriyev – Sabah
- Ozan Can Kökçü – Volendam (Niderland)
- Şahin Şahniyarov – Qəbələ
- Mahir Emreli – Kayzerslautern (Almaniya)
- Nəriman Axundzadə – Qarabağ
- Renat Dadaşov – Motor (Polşa)
- Musa Qurbanlı – Qarabağ
- Xəyal Əliyev – Sabah


