Azərbaycanlı gənc futbolçu İbrahim Babayev bundan sonra karyerasını İspaniya nəhəngi “Barselona”da davam etdirəcək.
Arena.az bu barədə Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bu barədə tanınmış iş adamı Adnan Əhmədzadə də öz sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımda bu keçidin Azərbaycan futbolu üçün xüsusi önəm kəsb etdiyi vurğulanıb.
Tərəflər arasındakı imza mərasimində “Barselona”nın gənclər heyətinin direktoru Soler Ferre və məşhur ispan futbolçusu Xose Ramon Aleksanko iştirak ediblər.
Qeyd edilir ki, İbrahim Babayev “Barselona”nın U-17 komandasında çıxış edəcək. O, bundan əvvəl İsveçrənin “Servett” komandasında oynayıb.
Xatırladaq ki, ötən ilin yayında “Barselona” azərbaycanlı qapıçı Eldar Tağızadə ilə də müqavilə bağlamış, lakin qısa müddət sonra onu “Tudelano”ya icarəyə vermişdi. Eldarın da Kataloniya klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi mövcuddur.



