Bu gün İsveçrənin Nyon şəhərində UEFA Gənclər Liqasının 2025/26 mövsümünün Çempionlar Yolunun püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, püşkatmada yarışın üç mərhələsinin cütlükləri müəyyən edilib.
UEFA Gənclər Liqasında ölkəmizi təmsil edən iki klubdan biri olan “Sabah”ın U-19 komandası Çempionlar Yoluna ikinci raunddan qoşulacaq.
Bu mərhələdə “Sabah”ın rəqibi Fransanın “Nant” klubunun gəncləri olacaq. İkinci raundun ilk oyunları oktyabrın 22-də, cavab görüşləri noyabrın 5-də baş tutacaq. “Sabah” ilk oyununu səfərdə keçirəcək.
İlk raundun ilk oyunları sentyabrın 17-də, cavab görüşləri oktyabrın 1-də baş tutacaq.
Xatırladaq ki, UEFA Gənclər Liqasında ölkəmizi “Sabah” və “Qarabağ”ın U-19 komandaları təmsil edəcəklər.
“Qarabağ”ın U-19 komandası turnirin Çempionlar Liqası Yolunda “Benfika” (Portuqaliya), “Kopenhagen” (Danimarka), “Atletik” (İspaniya), “Çelsi” (İngiltərə), “Napoli” (İtaliya) və “Ayaks”la (Niderland) qarşılaşacaq.


