“Qarabağ” ÇL-in Liqa mərhələsi üçün iştirak ərizəsini açıqladı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsi üçün iştirak ərizəsini açıqlayıb.

Arena.az xəbər verir ki, Ağdam klubu bununla bağlı sosial şəbəkə hesablarında məlumat paylaşıb.

UEFA-ya göndərilmiş siyahıda 24 futbolçunun adı yer alıb. Onların sırasında bu yay “Rayo Valyekano”dan (İspaniya) transfer edilmiş Xoni Montielin adı yoxdur. Bundan əlavə, yarımmüdafiəçi Aleksey İsayev də siyahıdan kənarda qalıb.

Beləliklə, “Qarabağ” ÇL-in 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində aşağıda adları qeyd edilmiş futbolçularla mübarizə aparacaq:

Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç;

Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Sami Mmaee, 13. Bəhlul MustafazadəⅦ

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbrayılzadə;

Hücumçular: 17. Kamilo Duran, 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: