Braziliyanın “Patriotas” klubunun dayaq yarımmüdafiəçisi Afonso Almeyda Duarte bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.
Tərəflər 1+1 illik müqaviləyə imza atıblar. Braziliyalı futbolçu bu yay “Patriotas”dan azad agent kimi ayrıldığı üçün, “Səbail”ə pulsuz başa gəlib.
Qeyd edək ki, bu, 2025/2026-cı illər mövsümü üçün hazırlığını davam etdirən “Səbail”in ilk əcnəbi transferidir. “Dənizçilər” yeni mövsümdə Birinci liqada mübarizə aparacaqlar.


