19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ilk oyununa çıxıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Sloveniyada təlim-məşq toplanışında olan millimizin ilk rəqibi İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası olub.
“Preddvor” stadionunda keçirilmiş görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 46-cı dəqiqədə Ziya Şəkərxanov və 55-ci dəqiqədə Şahin İbrahimov vurublar.
U-19 millimiz beynəlxalq turnir çərçivəsində növbəti oyununu sentyabrın 6-da Farer adaları yığmasına qarşı keçirəcək.


