Futbol üzrə Azərbaycan Kubokunda növbəti – 2025/2026-cı illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Tədbir sentyabrın 17-də “Holiday INN” otelində baş tutacaq. Mərasimə saat 15:00-da start veriləcək.
Qeyd edək ki, Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümündə 34 komanda iştirak edəcək.


